ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Himalayın qar örtüyü ilə örtülmüş zirvələri iqlim böhranı səbəbindən rəngini dəyişir. Son 20 ildə bitki örtüyü hər il daha yüksək nöqtələrə doğru irəliləyərək buzlaqları "yaşıla boyayır".
Milli.Az xəbər verir ki, Ekseter Universitetinin tədqiqatçıları peyk məlumatlarına əsasən müəyyən ediblər ki, əvvəllər yalnız buz və çılpaq qayalıqdan ibarət olan ərazilərdə artıq bitkilər yetişir.
Himalayda bitki örtüyü sərhədi ildə orta hesabla 7 metr yuxarıya doğru sürüşür.
Tədqiqat Hindistanın Ladax bölgəsindən Butana qədər uzanan altı fərqli ərazini əhatə edib.
1999-2022-ci illər arasındakı təhlillərə görə, ən sürətli dəyişiklik Nepalın Mantanq bölgəsində, ən yavaş yüksəliş isə Everest ətrafındakı Xumbu bölgəsində qeydə alınıb.
Himalay qlobal orta göstəricidən daha sürətli isinir.
Artan temperaturlar qar örtüyünün nazilməsinə və bitkilərin böyümə mövsümünün uzanmasına səbəb olur.
Bəzi bölgələrdə (Xumbu və Butan) yaşıllaşma ilə yanaşı, bitki örtüyünün xüsusiyyətlərinin dəyişdiyini göstərən "saralma" halları da müşahidə edilib.
Himalay Asiyada milyonlarla insanın su ehtiyacını ödəyən çayların mənbəyidir.
Bitki örtüyünün yüksəkliklərə yayılması qarın yerdə qalma formasını, torpağın rütubətini və suyun axın nizamını dəyişdirərək su təhlükəsizliyinə təsir edə bilər.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.