AZ

Kubaya hücum etməklə hədələdi

BAKI, 2 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kubaya hücum etməklə hədələyib.

Teleqraf "TASS"a istinadla xəbər verir ki, bu barədə Tramp Floridada keçirilən tədbirdə deyib.

Amerika lideri Kubadan bəhs edərək, ABŞ-nin dərhal onu nəzarətə götürəcəyini iddia edib.

"Kuba hazırda çətinlik çəkir. Amma əvvəlcə bir şeyi bitirəcəyik", - deyən Tramp İrana qarşı müharibəyə toxunaraq bildirib.

"İrandan qayıdarkən, dünyanın ən böyük təyyarədaşıyan gəmilərindən biri, ehtimal ki, "Abraham Linkoln" sahilə təxminən təxminən 91 metr yaxınlaşacaq və onlar deyəcəklər: "Çox sağ olun, təslim olduq", - deyə Tramp bildirib.

Qeyd edək ki, martın 5-də ABŞ lideri bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq üzərində işləmək niyyətindədir. O, əvvəllər dəfələrlə iddia edib ki, Venesuela ABŞ-nin təzyiqi altında ada ölkəsinə neft tədarükünü dayandırdıqdan sonra Kuba hökuməti və iqtisadiyyatı çökməyə yaxındır.

Seçilən
45
teleqraf.com

1Mənbələr