AZ

Kubadan cavab gecikmədi: Vaşinqtonun yeni sanksiyaları BMT Nizamnaməsini pozur

BAKI, 2 may. TELEQRAF

ABŞ hökuməti tərəfindən Kubaya qarşı elan edilən yeni sanksiyalar BMT Nizamnaməsini pozur.

Teleqraf xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla bildirib.

O bildirib ki, Kuba ABŞ qətiyyətlə pisləyir.

"Biz ABŞ hökuməti tərəfindən qəbul edilən yeni birtərəfli məcburi tədbirləri qətiyyətlə pisləyirik. Bu tədbirlər təbiətcə ekstraterritorialdır və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur. ABŞ-nin Kubaya, üçüncü ölkələrə və ya qurumlara qarşı sanksiyalar tətbiq etmək hüququ yoxdur."

Seçilən
68
teleqraf.com

1Mənbələr