AZ

Voronej vilayəti üzərində PUA vuruldu

BAKI, 2 may. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri Voronej vilayəti üzərində bir pilotsuz təyyarəni məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən itki olmayıb.

"Dünən gecə Voronej vilayətindəki şəhərlərdən birinin üzərində səmada pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib. İlkin məlumatlara görə, heç bir itki və ya ziyan olmayıb", - o qeyd edib.

Seçilən
49
18
teleqraf.com

10Mənbələr