AZ

Lavrov və Əraqçi Hörmüz boğazını müzakirə edib

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sergey Lavrov ilə Abbas Araghchi arasında telefon danışığı baş tutub.

Doğru.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, söhbət zamanı Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından təhlükəsiz keçidi məsələsinə xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin Yaxın Şərqdə hərbi əməliyyatların tam dayandırılması və regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, aprelin 27-də Əraqçi Sankt-Peterburqda Vladimir Putin ilə görüşmüşdü. İran Xarici İşlər Nazirliyi həmin görüşdə ABŞ ilə münaqişənin həlli üçün diplomatik səylərin müzakirə olunduğunu bildirmişdi.

DOĞRU.AZ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
dogru.az

1Mənbələr