ABŞ Prezidenti Donald Trump Hörmüz boğazının blokadası məsələsini şərh edərək sərt ifadələr işlədib.
Doğru.az xəbər verir ki, Tramp Floridada çıxışı zamanı bu addımı “piratçılığa” bənzədib. O bildirib: “Bu çox gəlirli bir işdir. Kim düşünərdi ki, biz bunu edəcəyik? Biz piratlar kimiyik”.
Bununla yanaşı, İranın ali rəhbərliyinin nümayəndəsi Müctəba Xamenei daha əvvəl Tehranın ABŞ-ın iştirakı olmadan Fars körfəzi və Hörmüz boğazında nəzarəti davam etdirmək niyyətində olduğunu bildirib.
Press TV isə ABŞ-ın dəniz blokadasını davam etdirməsi halında İranın “görünməmiş hərbi cavablar” verə biləcəyi barədə xəbərdarlıq yayıb.
DOĞRU.AZ