Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Donyell Malen daimi olaraq "Roma"da qalacaq.
İdman.Biz bu barədə Voetbal International-a istinadən məlumat verir.
Hücumçu yanvar ayında “Aston Villa”dan icarəyə götürülüb. A Seriyasında 14 oyunda 11 qol vuraraq komandanın ən çox qol vuran oyunçusu olub.
Gözlənilməz hadisələr olmasa, “Roma” klubunun niderlandlı futbolçunun transfer seçimini aktivləşdirəcəyi bildirilir. 27 yaşlı futbolçu 25 milyon avroya transfer olunacaq.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.