AZ

ABŞ-dan yeni sanksiyalar gəlir- SƏBƏB

ABŞ prezidenti Donald Tramp "Kuba rejiminin təhlükəsizlik qüvvələrini dəstəkləyən, hökumət korrupsiyasında iştirak edən və ya ciddi insan haqları pozuntuları törədən təşkilatlara, fərdlərə və ya onların filiallarına yeni sanksiyalar tətbiq edən"  sərəncam imzalayıb.

Sərəncam Ağ Evin İnternet saytında yerləşdirilib. Qeyd olunur ki, sərəncam olduqca genişdir və təkcə Kubaya deyil, həm də Vaşinqtonun digər ölkələrdə ona qeyri-düzgün dəstək verdiyini düşündüyü şəxslərə də şamil edilə bilər.

Kuba xarici işlər naziri Bruno Rodriges Parrilla sanksiyaları pisləyən bəyanatla çıxış edib. Nazirə görə, sanksiyalar təbiətcə ekstraterritorialdır və BMT Nizamnaməsini pozur: "Biz ABŞ hökuməti tərəfindən görülən yeni birtərəfli məcburi tədbirləri qətiyyətlə pisləyirik. Bu tədbirlər təbiətcə ekstraterritorialdır və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur. ABŞ-ın Kubaya, üçüncü ölkələrə və ya qurumlara qarşı sanksiyalar tətbiq etmək hüququ yoxdur. ABŞ hakimiyyətinin hərəkətləri Kuba xalqına bir daha kollektiv cəza tətbiq etmək niyyətini nümayiş etdirir. Bu tədbirlərin 1 mayda, milyonlarla kubalı ABŞ-ın tətbiq etdiyi blokada və enerji embarqosunu pisləmək üçün küçələrə çıxdığı gün elan edilməsi təsadüfi deyil”.

Seçilən
13
1
news365.az

2Mənbələr