AZ

“Real Madrid”də komanda daxilində xaos yaranıb – SON DƏQİQƏ

Real Madrid”in paltardəyişmə otağında xaos hökm sürür. 

Offsideplus.az xəbər verir ki, ​klub daxilindəki gərginlik pik həddə çatıb və bir neçə futbolçu ilə texniki heyət arasında ciddi qarşıdurmalar yaranıb.

Sızan son məlumatlara görə, komandada vəziyyət aşağıdakı kimidir:

​Antonio Rüdiger: Almaniyalı müdafiəçinin komanda yoldaşlarından biri ilə çox sərt şəkildə mübahisə etdiyi bildirilir.

​Dani Sebalyos: Futbolçunun məşqçi heyətində yer alan Alvaro Arbeloa ilə yaşadığı böyük problem onun gözdən düşməsinə və heyətdən uzaqlaşdırılmasına səbəb olub.

​Raul Asensio və Dani Karvaxal: Hər iki müdafiəçinin texniki heyətlə ciddi ixtilaflar yaşadığı və bu gərginliyin komandadakı ümumi atmosferə mənfi təsir göstərdiyi vurğulanır.

​”Real Madrid” rəhbərliyinin “Valdebebas”da yaşanan bu intizamsızlıq və daxili qarşıdurmalarla bağlı təcili tədbirlər görməsi gözlənilir.

DOĞRU.AZ

Seçilən
19
1
dogru.az

2Mənbələr