“Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Pentaqon yalan danışır, Netanyahunun macərası Amerikaya 100 milyard dollara başa gəlib, bu da bildirilən məbləğdən 4 dəfə çoxdur”, - o bildirib.
Xatırladaq ki, aprelin 29-da ABŞ-ın hərb nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Hörst ilkin hesablamalara görə, İrana qarşı hərbi əməliyyata təxminən 25 milyard dollar xərcləndiyini bəyan etmişdi.