Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.
Axar.az xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində hazırda inşa olunan yeni məscidin tikinti meydanında olublar.
Qonaqlara şəhərin yeni simvolu olacaq yeni Şuşa məscidi haqqında məlumat verilib.
Bildirilib ki, təməli 2021-ci ildə dövlət başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək.
Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.