AZ

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkinin ucqar Qozlubulaq kənd sakini Babayevlərin eləcə də qonşuluqda daha bir neçə sakinin qoyun təsərrüfatına canavarlar hücum edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yırtıcılar sakinlərin 30 başa yaxın xırdabuynuzlu qoyun-quzusuna müxtəlif xəsarətlər yetirib, parçalayaraq məhv edib. Təsərrüfat sahibinin sözlərinə görə ailəyə 20 min manata yaxın maddi zərər dəyib.
 

Zərərçəkən Orxan Babayevin sözlərinə görə pay torpaqlarını sataraq bütün vəsaiti qoyunçuluğun inkişafına yönəltmişdilər. Digər tərəfdən Babayevlər qoyun-quzunun qışdan yaza çıxması üçün də yetərincə vəsait xərcləyiblər:


“Səhər saat beşin yarsında çıxdım heyvanlarımı rahlamaq üçün. Gəldim gördüm ki, heyvanlarım tələf olub. İşığı yandırıb qayıdanda gördüm ki. canavar qapının üstündən aşır və bir baş quzunu da özü ilə aparır. Heyvanlardan 10-nu öldürüb, 14-nü isə yaralayıb. Ailəmizə 20 min manatlıq zərər dəyib”.

Orxan Babayev əlavə edib ki, yaralı qoyun-quzuların da yaşaması sual altındadır. Digər kənd sakinləri də mal-qaranının, qoyun-quzunun tez-tez vəhşi heyvanların hücumuna məruz qaldığını bildiriblər.
 

Kənd sakini Ramil Babayev bildirir ki, dəfələrlə belə hallarla qarşılaşıblar. Bəzən qoyun sürülərini sahəyə, otarmağa aparan zaman bir neçə nəfərlə gedirlər. Çünki canavarlar hücum çəkəndə hətta itlər belə onlardan qorxaraq qaçır.


Kənd icra nümayəndəliyindən verilən məlumata görə canavar hücumu nəticəsində tələf olan qoyunlar baytar həkimlərin müşayəti ilə kəndin kənarında, təhlükəsiz bir ərazidə xəndək qazılaraq basdırılıb, Babayevlərin eləcə də digər zərərçəkənlərin ferma və təsərrüfatı dezinfesksiya olunub.











Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
30
1
bizim.media

1Mənbələr