AZ

Apple ın xalis mənfəəti gözləntiləri üstələyib

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya nəhəngi "Apple"ın üç aylıq dövrdə gəlirini illik müqayisədə təxminən 17 faiz artıraraq bazar gözləntilərini üstələyib.

Banco.az xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövründəki 95,4 milyard dollardan təxminən 17 faiz artaraq 111,2 milyard dollara çatıb.

Eyni dövrdə xalis mənfəət də 19 faiz artaraq 24,8 milyard dollardan 29,6 milyard dollara yüksəlib. Şirkətin səhm başına mənfəəti 1,65 dollardan 2,01 dollara yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
banco.az

2Mənbələr