AZ

Mərhum general MAXEni mayor edib PULYIĞAN Muraz Həsənovla bağlı ŞOK

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb. O, təkrar rüşvət almaqda ittiham olunurdu.

Lakin məhkəmə prosesində şahidlərin əksəriyyəti ifadələrində bildiriblər ki, işə düzəlmək üçün pulu Haqverdiyevə deyil, onun müavini, hazırda isə vəzifəsini icra edən Muraz Həsənova veriblər.

Bakıvaxtı.az Muraz Həsənovla bağlı bəzi faktları araşdırıb.

Digər mənbənin isə Bakıvaxtı.az-a verdiyi məlumata görə, sözügedən zabitin ali hərbi təhsili olmayıb. O, əvvəllər Hərbi Hava Qüvvələrinə məxsus bölmələrin birində hamamxana rəisi kimi fəaliyyət göstərib və çavuş rütbəsində xidmət edib.

Bildirilir ki, həmin dövrdə Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi olmuş general-leytenant Fuad Məmmədov onunla yaxın münasibətlər qurub və zabit kimi irəli çəkilməsində dəstək göstərib. Bu dəstək nəticəsində M.Həsənovun leytenant hərbi rütbəsi almasına şərait yaradıldığı iddia olunur.

Sonrakı dövrdə müxtəlif hərbi hissə və birləşmələrdə xidmət edən Muraz Həsənov hazırda mayor rütbəsini daşıyır və Azərbaycan Ordusunun “İstirahət Evi”nin rəisi vəzifəsini müvəqqəti icra edir.

İddialara görə, o, hərbi qulluqçulara ödənişli əsaslarla istirahət göndərişləri satıb, həmçinin həmin müəssisədə vəzifəyə təyinat üçün rüşvət alıb.

Bakıvaxtı.az səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
bakivaxti.az

2Mənbələr