AZ

Məşhur generala professor adı verildi

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
BUTA.TV "Yeni Sabah"a istinadla xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov "professor" elmi adı alıb. Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib. General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, "Hərbi bilik" jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.

Seçilən
19
6
buta.tv

10Mənbələr