AZ

“Sumqayıt” Yevlax səfərində, “İmişli” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Hazırda Gəncə klubu 21 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə “Kəpəz” qələbə qazanıb.

Günün digər oyununda “Araz-Naxçıvan” Sumqayıtda “İmişli” ilə qarşılaşacaq.  Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.

2 may (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt”
Yevlax şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “İmişli”
“SOCAR Polymer Arena”

3 may (bazar)

16:00. “Şamaxı” – “Sabah”

18:30. “Zirə” – “Qəbələ”

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi”

Seçilən
47
50
msport.az

10Mənbələr