“Bavariya”nın keçmiş qapıçısı Oliver Kan Yurgen Kloppun “Real Madrid”i çalışdıra biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Oliver Kan bu barədə Almaniya mətbuatına danışıb:
“Yurgen inkişaf etdirməyi və qurmağı sevən biridir. O, müəyyən bir sistemə uyğun işləyir.
“Real Madrid” fərqli bir şeydir. “Real Madrid” fərdi şəxsiyyətlərdən, hər hansı bir qəbul edilmiş konsepsiyaya tabe olmaqdan qəti şəkildə imtina edən super ulduzlardan ibarətdir. Biz bunu Xabi Alonso ilə gördük.