Qarabağ Universitetində yaradılan şərait və akademik mühit yüksək standartlara cavab verir və bu, xarici tələbələrin də cəlb olunması üçün əlverişli zəmin yaradır.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
Səfir Qarabağa səfəri çərçivəsində bölgədə həyata keçirilən yenidənqurma və təhsil layihələrini yüksək qiymətləndirib.
Diplomat Azərbaycan ilə BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Onun sözlərinə görə, BƏƏ nümayəndə heyətinin Azərbaycana son səfəri çərçivəsində müxtəlif nazirliklərlə – energetika, iqtisadiyyat, səhiyyə və xarici işlər sahələrində səmərəli görüşlər keçirilib.