Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun düyərli kəndində baş verib. Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktla bağlı araşdırma aparılır.