AZ

"Kayıp zaman"da ŞOK transfer

Türkiyənin ən çox gözlənilən yeni layihələrindən biri olan "Kayıp zaman" serialının aktyor heyəti daha da gücləndirilir. Serialla bağlı gündəmi zəbt edən xəbərlərdən biri isə layihəyə qoşulan yeni aktyorun kimliyinin açıqlanmasıdır.

Picture

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, serialda aktyor Bərk Bakıoğlu da yer alıb. Məlumata görə aktyor “Alpay” obrazı ilə tamaşaçı qarşısına çıxacaq. Türkiyə mediası yazır ki, bu obraz serialın dramatik xəttində xüsusi çəkiyə malik olacaq və süjetin inkişafında mühüm rol oynayacaq.

Serialın artıq açıqlanan əsas aktyor heyəti də kifayət qədər iddialıdır. Layihədə baş rolları Hazal Subaşı (Zeyno), Kaan Yıldırım (Pamir), Damla Sönmez (Belgin), Yağmur Yüksel (Hayal), Yetkin Dikinciler (Ünalan), Füsun Kostak (Nurbatur) və Kayra Şenocak (Nedim) canlandıracaq.

Yayılan məlumatlarda həmçinin qeyd edikir ki, “Kayıp zaman” yalnız güclü aktyor heyəti ilə deyil, həm də süjet xətti ilə fərqlənməyə iddialıdır. Serialın zaman, yaddaş və keçmişlə üzləşmə kimi dərin mövzulara toxunacağı, hər obrazın öz daxili mübarizəsi ilə seçiləcəyi bildirilir. Xüsusilə son illərdə psixoloji dram janrına marağın artması fonunda bu layihənin də geniş tamaşaçı auditoriyası qazanacağı proqnozlaşdırılır.

Türkiyə televiziya sektorunda rəqabətin getdikcə gücləndiyi bir dövrdə “Kayıp zaman”ın uğur qazanıb-qazanmayacağı isə artıq tamaşaçı reaksiyasından asılı olacaq.

Xalidə,
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr