"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
"Unikal" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Qeyd olunur ki, bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.