AZ

Halk klubundan ayrıldı -RƏSMİ

Braziliya millisinin sabiq hücumçusu Halk gözlənildiyi kimi "Atletiko Mineyro"dan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.

39 yaşlı hücumçunun müddəti bu ilin sonunda bitməli olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edirdi. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.

Toğrul

Seçilən
10
2
fanat.az

4Mənbələr