AZ

Avropanın bu 2 ölkə bu cür birləşir Təsdiqləndi...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Danimarka ilə Almaniya dənizin altından keçəcək nəhəng tunellə birləşəcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Local Germany” nəşri məlumat yayıb.

Qeyd olunub ki, layihə çərçivəsində Fehmarn boğazı altında yerləşəcək tunel Danimarkanın Lolland adasını Almaniyanın Fehmarn adası ilə birləşdirəcək.

Məlumata görə, tikintidə 89 ədəd nəhəng beton blokdan istifadə olunur. Hər bir blokun uzunluğu təxminən 217 metr, çəkisi isə 73 min tondan çoxdur. Bu hissələr əvvəl quruda hazırlanır, daha sonra xüsusi texnologiya ilə dənizin dibinə yerləşdirilir.

Mühəndislər blokları bir-birinə cəmi 15 millimetrlik dəqiqliklə birləşdirir ki, bu da layihənin ən mürəkkəb və diqqətçəkən tərəflərindən hesab olunur.

Təxminən 18 kilometr uzunluğunda olacaq tunel həm avtomobil, həm də dəmir yolu nəqliyyatını əhatə edəcək. Layihə tamamlandıqdan sonra iki ölkə arasında nəqliyyat xeyli sürətlənəcək və regionun iqtisadi əlaqələrinə ciddi təsir göstərəcək.

Bu layihədə klassik qazma üsulu deyil, “batırma tunel” texnologiyası tətbiq olunur: yəni tunel hissələri ayrı-ayrılıqda hazırlanıb dənizin dibində birləşdirilir.

Nəticədə, bu nəhəng tikilinin dünyanın ən böyük sualtı nəqliyyat layihələrindən biri olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
axar.az

10Mənbələr