Məlumata görə, tələbə iqamət icazəsi başvurularında əsas ödəniş aşağıdakı kimi müəyyənləşdirilib:
* İqamət kartı bedeli - 964 TL
* İqamət xərci - 0 TL
Beləliklə, Türkiyədə oxuyan xarici tələbələr üçün ümumi əsas ödəniş cəmi 964 TL olacaq.
Qeyd olunur ki, bəzi hallarda - xüsusilə Türkiyəyə vizasız daxil olan və ilk dəfə iqamət icazəsi üçün müraciət edən şəxslərdən əlavə olaraq "tək giriş viza xərci" tələb oluna bilər. Bu məbləğ 9 min 376 TL 40 qəpik olaraq göstərilir.
Yeni qaydalara əsasən, tələbə iqamət icazəsi adətən təhsil proqramının müddəti qədər verilir. Məsələn, bakalavr proqramları üçün 4 il, magistratura üçün isə 2 il müddətində iqamət icazəsi rəsmiləşdirilə bilər.
Başvurular "e-ikamet" sistemi üzərindən həyata keçirilir. Daha sonra tələb olunan sənədlər universitetlərin beynəlxalq tələbələr ofislərinə təqdim edilir.
Tələb olunan əsas sənədlər bunlardır:
* Pasportun surəti
* Tələbə arayışı
* Biometrik foto
* Tibbi sığorta sənədi
Ödənişlərin Türkiyənin "Dijital Vergi Dairesi" sistemi vasitəsilə "9207" referans kodu ilə həyata keçirilə biləcəyi bildirilib.
Musavat.com