AZ

Polis klub prezidentini niyə həbs etmək istəyib?

“Panatinaikos”un baş məşqçisi Ergin Ataman klubun sahibi Dimitris Yannakopulosu və bəzi əməkdaşlarını “Valensiya” ilə ikinci oyundan sonra təxribat xarakterli davranışa görə İspaniya polisi tərəfindən həbs edilmək istənildiyini bildirib.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib.

“Mən qısa danışacağam. Soyunub-geyinmə otağımızın qarşısında 10 polis dayanıb və onlar bəzi əməkdaşlarımızı, həmçinin prezidentimiz Yannakopulosu həbs etmək istəyirlər. 30 ildir idmandayam və ilk dəfədir ki, belə bir hal görürəm — biz əlavə vaxtda qalib gəlmişik, hamı sevinir, amma polis və ‘Valensiya’nın əməkdaşları bizim soyunub-geyinmə otağımızın qarşısına polis düzür.

10 polis sadəcə sevinməyimizə mane olmaq üçün oradadır, indi isə prezidentimizi, baş menecerimizi və daha bir neçə nəfəri həbs etmək istəyirlər. Bu nədir belə? Çox sağ olun, zövq alın. Afinada görüşərik. Afinada görüşərik, uşaqlar!”

Seçilən
18
publika.az

1Mənbələr