AZ

May ayında qış olacaq

Dünyada dəyişən iqlim şəraiti regionumuzda, xüsusilə Rusiyada özünü daha kəskin göstərəcək.

 

Ekologiya.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin aparıcı mütəxəssisi Lyudmila Parşina danışıb.

 

O bildirib ki, Rusiyanın Şimali Yakutiya vilayətində may qışı gözlənilir:

 

“Sinoptiklərin məlumatına görə, Yakutiyanın şimalında, xüsusən də Verxoyanskda gecə temperaturu mənfi 15 dərəcəyə düşəcək”.

 

Azərbaycanda isə mayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda intensiv yağışlar yağacağı ehtimal olunur. Bəzi yerlərdə temperatur gecə 3 dərəcəyə qədər enəcək.

 

Ümumilikdə mayda aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağacaq. Bakı və Abşeron yarımadasında aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18–21 millimetr)./globalinfo

Seçilən
12
2
ekologiya.az

3Mənbələr