AZ

Deputat oğlunun Dubayda milyonluq mülk imperiyası FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyevin Dubaya köçdüyü və orada dəyəri milyonlarla dollar olan elit daşınmaz əmlaklara sahib olduğu məlum olub. Keçmiş polis rəisi və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini olmuş İ.Mehbalıyev “Dubai Marina” (Marsa Dubai) kompleksində hər biri 80.49 kvadratmetr olan iki lüks mənzil alıb.Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib. Onun sözlərinə görə, əmlak nömrələri 156986391 və 156989399 olan 1101 və 1401 saylı bu mənzillərin hər birinin bazar dəyəri 320 min ilə 520 min dollar arasında dəyişir. Lakin bu, onun BƏƏ-dəki yeganə mülkiyyəti deyil. Məlumata görə, İsfəndiyar Mehbalıyevin adı “Madinat Jumeirah Living” (MJL) kompleksində də mülk sahibləri siyahısındadır. Bu zonada mənzillərin qiyməti otaq sayından asılı olaraq 815 min dollardan başlayaraq 2 milyon dollara qədər yüksəlir.Qeyd edək ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni olan İ.Mehbalıyevin ötən il boşandığı iddia edilir. Əli Həsənovun qızı Safiyə Mehbalıyevanın da hazırda Dubayda yaşadığı, orada bahalı brend saatların, qızıl-zinət əşyalarının və aksessuarların satışı ilə məşğul olduğu bildirilir. Yüksək vəzifələrdə çalışmış bir şəxsin xaricdəki bu cür geniş maliyyə imkanları və bahalı əmlakları ictimaiyyətdə ciddi suallar doğurub. (nocomment.az)

     

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
demokrat.az

5Mənbələr