AZ

Məşhur müğənni və aktyor ilin toyuna hazırlaşır 3 gün davam edəcək (FOTO)

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliya mətbuatı yazır ki, “Levitating” hitinin ifaçısı Dua Lipa və “Fantastik varlıqlar” filminin ulduzu, həmçinin gələcəkdə Ceyms Bond roluna namizəd kimi göstərilən Kallum Turner Siciliyada – Palermo şəhərində toy etməyi planlaşdırırlar. İtaliya mediasına görə, cütlüyün toyu “ilin toyu” kimi dəyərləndirilir və tədbirin iyun ayında baş tuta biləcəyi istisna edilmir.Demokrat.az “Euronews”a istinadən xəbər verir ki, İtaliyada əvvəllər də bir çox məşhur ulduzların toyları keçirilib: Corc Kluni və Amal Alamuddin Venesiyada, Kim Kardaşyan və Kanye Uest Florensiyada, Emili Blant və Con Krasinski isə Komo gölü sahilində evləniblər.Məlumata əsasən, Dua Lipa və Kallum Turner üç gün davam edəcək dəbdəbəli toy planlaşdırır. Qonaqlar arasında Elton Con, Olivia Dean və Çarli XCX kimi məşhurların olacağı bildirilir.Palermo digər məşhur İtaliya istirahət məkanları – Amalfi sahili, Komo gölü və Kapri ilə müqayisədə ulduzlar arasında o qədər də populyar deyil, lakin romantik atmosferi ilə seçilir.2025-ci ildə cütlük artıq Palermoda olub və dəniz mənzərəli, modern üslublu məşhur “Villa Igiea” otelində qalıb. Media ehtimal edir ki, toy mərasimi də məhz burada keçirilə bilər.Qeyd olunur ki, bu bina əvvəllər kral ailəsi üzvləri və Hollivud ulduzlarını qəbul edib, interyerində freskalarla bəzədilmiş salonlar, terrasalı bağlar və sonsuzluq hovuzu var.Alternativ məkan kimi XIX əsrə aid “Grand Hotel et des Palmes” və bəstəkar Rixard Vaqnerin qaldığı “Grand Hotel Wagner” də göstərilir.Cütlüyün münasibəti 2024-cü ilin yayında ictimaiyyətə məlum olub, daha sonra nişan xəbəri təsdiqlənib. Məlumata görə, təklif Milad axşamı ailə arasında edilib və Dua Lipa sosial şəbəkələrdə brilyant üzüyünü nümayiş etdirib.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr