Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və orta maqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.
Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.
Bu aktivliyin əsas səbəbləri nədir və hansı geoloji proseslərlə əlaqələndirilir?
