AZ

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,570 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12,5 % çoxdur.

3 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,5 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,1 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.

3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.

Seçilən
28
22
sia.az

10Mənbələr