AZ

Diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar - FOTOLAR

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün "Laçın Aqro-Sənaye Parkı"nda olublar.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.

"Cebheinfo.az"

Seçilən
38
6
cebheinfo.az

8Mənbələr