AZ

Builki festivalda 13 ölkədən qonaqlar iştirak edir Rəna Nəsirova Mustafayeva

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İçərişəhər bu günlərdə möhtəşəm bir festivala ev sahibliyi edir. “Azərxalça” ASC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tərəfdaş qurumların birgə təşkilatçılığı, eyni zamanda, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən festival ötən gün Beynəlxalq Forumun açılışı ilə start götürüb və mayın 3-dək İçərişəhərin bütün ərazisini əhatə edən rəngarəng proqramlarla davam edəcək".

Bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva deyib.

O bildirib ki, festivalda Azərbaycanın bütün bölgələrindən, eləcə də xarici ölkələrdən nümayəndələr, xüsusilə xanım toxucular iştirak edirlər.

“Qız Qalası meydanında onlar üçün xüsusi pavilyon ayrılıb və şəhərimizin qonaqları burada xalçaçılıq sənətinin incəlikləri ilə yaxından tanış ola bilirlər”, – deyə o deyib.

Rəna Nəsirova-Mustafayeva əlavə edib ki, builki festivalda 13 ölkədən qonaqlar iştirak edir, onlardan 11-nin pavilyonu Qoşa Qala meydanında yerləşir. Hər bir ölkə burada öz milli xalçaçılıq ənənələrini, zəngin mədəni irsini və mənəvi dəyərlərini nümayiş etdirir ("Azərtac").

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
525.az

3Mənbələr