AZ

AMEA-da “Heydər Əliyev Ensiklopediyası” hazırlanacaq

AMEA Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın çapa hazırlanması haqqında müzakirələr aparılıb.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Rəyasət Heyəti tərəfindən ötən müddət ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmasına dair müvafiq qərarlar qəbul edilib, əsas icraçı qurum kimi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi müəyyən olunub. Belə ki, Elmi Mərkəz tərəfindən 12 bölmə üzrə ensiklopediyanın sözlüyü hazırlanaraq Rəyasət Heyətinin qərarı ilə yaradılmış komissiya tərəfindən geniş müzakirə olunub. AMEA rəhbəri vurğulayıb ki, təqdim olunmuş sözlük Rəyasət Heyəti tərəfindən təsdiq edilib və bunun əsasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları “Heydər Əliyev Ensiklopediyası”nı hazırlamağa başlayıblar.

Qısa müddət ərzində Mərkəz tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın yüksək səviyyədə hazırlandığını deyən akademik İsa Həbibbəyli ensiklopediyanın ilkin variantını iclas iştirakçılarına təqdim edib.

Qeyd edib ki, “Heydər Əliyev Ensiklopediyası” hazırda redaktə mərhələsindədir və üç aylıq son tamamlama işlərindən sonra “Elm” nəşriyyatı tərəfindən yüksək keyfiyyətlə çap olunaraq ictimaiyyətə təqdim ediləcək.

XQ

Seçilən
10
2
xalqqazeti.az

3Mənbələr