EKOLOGİYA.AZ xəbər verir ki, Bakı bulvarında təşkil olunan yarış bu gün saat 11:00-da başlayıb.
Turnirdə ümumilikdə 30-dan çox idmançı mübarizə aparır. Yarış yeniyetmələr üzrə “Optimist”, gənclər üzrə isə İLCA4 kateqoriyasında keçirilir. Yarışlara bu gün yekun vurulacaq.
Xatırladaq ki, bu yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” təşkil olunub. Reqata ilk dəfə olaraq Sərsəng su anbarında start götürüb. Daha sonra Suqovuşan və Mingəçevirdə davam edib. Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.




