AZ

Mənə yeni həyat bəxş edənlər

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Minnətdarlıq

Hörmətli redaksiya, ötən günlərdə kəskin ürək ağrıları ilə respublikamızın ürək-damar cərrahiyyəsi üzrə qabaqcıl tibb ocaqlarından olan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət etməli oldum. İlk olaraq, direktor, tibb elmləri namizədi, dosent Əsədulla Sultanov ilə tanış oldum. O məni diqqətlə dinləyərək lazımi kömək göstəriləcəyini bildirdi.

Klinika rəhbərinin göstərişi ilə aparılan müayinələr nəticəsində ürəyimə stend yerləşdirilməsinə ehtiyac olduğu bildirildi. Bundan sonra Əsədulla həkim məni şöbə müdiri, invaziv kardioloq Qalib İmanovun yanına göndərdi. Bu həkimin nəzarəti altında peşəkar tibb heyəti ürəyimdə stend əməliyyatı apardı. Bununla ikinci həyat qazandım. İndi özümü çox sağlam və gümrah hesab edirəm.

Qəzetiniz vasitəsilə klinikanın direktoru Əsədulla Sultanova, əməliyyatda iştirak edən həkim və tibb işçilərinə göstərdikləri diqqət və bəxş etdikləri şəfaya görə təşəkkürümü çatdırıram.

Sabir MİRZƏYEV,Azərbaycan Boks Federasiyasının fəxri vitse-prezidenti

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr