AZ

Özbəkistanın Azərbaycandakı səfiri Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşüb VİDEO

Şuşa, 2 may, AZƏRTAC

Qarabağ, xüsusilə də Xocalı Soyqırımı Memorialı ilə bağlı çox təəssüratlarım var. Baş verən hadisələrin tarixi Memorialda aydın şəkildə təqdim olunur. Bu, yaddaşın gələcək nəsillərə ötürülməsi üçün vacibdir ki, belə faciələr heç vaxt unudulmasın.

Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib.

Diplomat Qarabağa səfəri zamanı Xankəndini ziyarət etdiyini və orada Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olduğunu da vurğulayıb. “Mən Xankəndiyə gələndə həmişə sevinirəm, çünki hər dəfə yeni binalar və yeni fakültələr görürəm. Ən əsası isə mədəni həyat inkişaf edir, tələbələr və müəllim heyəti üçün həm təhsil, həm də yaşayış cəhətdən bütün lazımi şərait yaradılıb”, - deyə o vurğulayıb.

Müxbir – Pərvanə Qafarova
Foto - İlkin Cavanşirov
Video - Ceyhun Mustafayev
Seçilən
7
36
azertag.az

10Mənbələr