AZ

Emi Karlon: "Qarabağı görməyimə şadam"

ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Qarabağ regionuna səfər etməkdən və regionun inkişafını öz gözləri ilə görməkdən şad olduğunu bildirib.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

"Burada olmaq imkanına görə çox şadam, bu, mənim Azərbaycanın bu regionuna ilk səfərimdir. Mən əvvəllər nə Şuşada, nə də Laçında olmuşam, ona görə də burada olmağımdan və vəziyyəti öz gözlərimlə görməyimdən həqiqətən şadam", - o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan Strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanmasından sonra ikitərəfli təmasları artırıb:

"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ liderlərinin görüşündən sonra iki ölkə arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunur".

E.Karlon qeyd edib ki, avqustda baş tutan görüşdən sonra Vaşinqton və Bakı Strateji Tərəfdaşlıq haqqında Xartiya üzərində işə başlayıblar və bu sənəd 2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanıb:

"Sənəddə əsas diqqət nəqliyyat əlaqələrinin, kommersiya və iqtisadi əməkdaşlığın inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə yönəldilir. Xartiyanın imzalandığı vaxtdan etibarən konkret layihələri işə salmaq və ikitərəfli əməkdaşlığı irəlilətmək üçün ABŞ-dən Azərbaycana texniki ekspertlər və digər mütəxəssislər gəliblər".

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdədir.

"Cebheinfo.az"

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr