Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.


Rekord.az xəbər verir ki, 26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.


R.Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.


Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.