AZ

Levandovskinin bir ayağı İtaliya klubunda SON DURUM

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İtaliya nəhəngi "Barselona"nın hücumçusu Robert Levandovskini heyətinə qatmağa yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.

Polşalı futbolçunun agenti Pini Zahavi onu rənglərinə bağlamağı arzulayan "Yuventus"un nümayəndələri ilə görüşüb. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

Turin komandası UEFA Çempionlar Liqasına vəsiqə qazansa, Robert bu komandaya keçməyə hazırdır. Təcrübəli forvard Kataloniya təmsilçisindən ayrılacağı təqdirdə, "qoca sinyora"ya qoşulacaq.

Levandovskinin "Barselona" ilə müqaviləsinin müddəti bu yay başa çatır. Klubu ona maşşının azaldılması şərti ilə yeni sözləşmə təklif etsə də, 37 yaşlı oyunçu belə anlaşma variantını uyğun saymır.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
fanat.az

3Mənbələr