AZ

"Fənərbaxça" və "Qalatasaray" "Yuventus"un hücumçusunu transfer etmək istəyir

"Yuventus"un yeni mövsüm üçün heyətdə düşünmədiyi Conatan Devid karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Day.Az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, "Fənərbaxça" və "Qalatasaray" kanadalı forvardı transfer etmək istəyir.

 

İstanbul nəhəngləri artıq 26 yaşlı hücumçu üçün ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Conatan Devid mövsümün əvvəlində "Lill"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib. Kanada millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
45
day.az

1Mənbələr