AZ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Sosioloq Maree Davies hesab edir ki, uşaqları sosial medianın zərərlərindən qorumağın ən effektiv yolu platformalara qadağa qoymaq deyil, onlara tənqidi düşünmə bacarığını öyrətməkdir.

Onun fikrincə, tənqidi düşüncə – qərar verməzdən əvvəl sual vermək, məlumatı analiz etmək və informasiyanı düzgün qiymətləndirmək bacarığıdır. Bu yanaşma uşaqların sosial mühitə daha sağlam inteqrasiya olunmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssis bildirir ki, son on ildə uşaqların güclü arqumentlər qurmaq və məlumatı düzgün qiymətləndirmək bacarığı zəifləyib. Bu isə onları dezinformasiya və digər onlayn risklər qarşısında daha həssas edir.
 

Daviesin fikrincə, sosial medianın qadağan olunması əvəzinə, müəllimlər və valideynlər uşaqlara platformaların və alqoritmlərin necə işlədiyini öyrətməlidirlər. Bu, onların rəqəmsal mühitdə daha şüurlu davranmasına imkan verər.


O həmçinin valideynlərin rolunu da xüsusi vurğulayır: uşaqlarla birlikdə informasiya mənbələrini araşdırmaq, materialları müzakirə etmək və təcrübə bölüşmək vacibdir.

“Valideynlər nə qədər məşğul olsalar da, uşaqlarla ünsiyyət üçün vaxt ayırmaq çox önəmlidir,” – deyə o qeyd edir.

Daviesə görə, tənqidi düşüncənin inkişafı gənclərdə informasiya yükü ilə bağlı narahatlığı azaldır, onları daha aktiv, maraqlı və sərbəst düşünən fərdlərə çevirir.

Xədicə, Bizim.Media

Seçilən
45
2
bizim.media

3Mənbələr