AZ

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 may, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı İqtisadiyyat və Kimya fakültələri üçün dispetçer vakansiyası elan edib.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:

İş barədə məlumat

• Ali təhsil müəssisəsində mövcud tədris planları, normativlər və illik tədris yükü əsasında dərs cədvəllərinin hazırlanması və tənzimlənməsi;

• Fakültələr üzrə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaların müəyyənləşdirilməsi və cədvəllərdə nəzərə alınması;

• Tələbələrin davamiyyəti, semestr ərzində əldə etdiyi nəticələr və imtahan göstəriciləri barədə fakültə rəhbərliyinin məlumatlandırılması;

• Tədris-metodiki şöbəyə tələb olunan hesabat və məlumatların təqdim edilməsi.

İş qrafiki

• 6 günlük iş həftəsi

• Həftə içi: 09:00 – 17:00

• Şənbə günü: 09:00 – 15:00

İş yeri / Ünvan

• Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küç. 1

Moskva Dövlət Universitetinin Bakı Filialın Kampusu

Əmək haqqı

• Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

Namizədə tələblər

• Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

• MS Office proqramlarında sərbəst işləmə bacarığı;

• Azərbaycan və rus dillərini bilməsi;

• Dəqiq, məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;

• Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları.

Müraciət qaydası

Maraqlanan namizədlər Azərbaycan və ya rus dilində hazırlanmış şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 31.05.2026.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
azertag.az

4Mənbələr