Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türk Dünyasının mühəndislik vizyonu Bakıda formalaşır: Dövlət, akademiya və iş dünyası vahid platformada toplanacaq.
Bizimyol.info xəbər verir ki, Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni mərhələyə daşımağı hədəfləyən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi, 5-8 may 2026-cı il tarixlərində Bakıda, "JW Marriott Absheron" otelində qapılarını açır. 500-dən çox seçilmiş sahibkarın iştirakı ilə keçiriləcək zirvə, regionun ən strateji ticari diplomatiya platformalarından biri olmağa namizəddir.
Özgün model: Dövlət-universitet-sənaye birliyi
Haktan Mazmanoğlunun koordinasiyası ilə təşkil olunan zirvə, bənzər tədbirlərdən fərqli olaraq "Dövlət-Universitet-Sənaye Birliyi" modelini əsas götürür. KOSGEB, Türkiye Cumhuriyeti Ticaret Bakanlığı, TİKA, Batıgöz, TÜİB, TÜRKSOY, ASELSAN, MÜSİAD Azerbaycan, UID Azerbaycan, TEİAŞ, ASFAT, AQSİA kimi strateji qurumların (Dövlət) dəstəyi, nüfuzlu alimlərin (Akademiya) innovativ baxışı və ASELSAN, AZERSUN kimi sənaye nəhənglərinin (İş Dünyası) iştirakı ilə mühəndislik layihələrinin birbaşa ticari dəyərə çevrilməsi hədəflənir.
Zirvənin ürəyi: Strateji B2B görüşləri
Zirvə çərçivəsində qurulacaq peşəkar B2B (biznesdən-biznesə) masaları, iştirakçı şirkətlərin qərar qəbul edən şəxslərlə (satınalma müdirləri, layihə rəhbərləri və investorlar) birbaşa görüşməsini təmin edəcək. 24 fevralda Bakıda əldə edilən və 35 Türk şirkətinin 1000-dən çox peşəkarla görüşdüyü uğurdan sonra, bu zirvədə də konkret əməkdaşlıqlar və yeni bazar imkanları müzakirə olunacaq.
“Mühəndisliyin nəzəriyyəsini sənaye ilə, yolunu isə dövlət dəstəyi ilə açırıq”
Zirvənin koordinatoru Haktan Mazmanoğlu tədbirin əhəmiyyətini bu sözlərlə vurğulayır: “Biz sadəcə bir görüş təşkil etmirik; mühəndisliyin nəzəriyyəsini akademiya ilə, təcrübəsini sənaye ilə, yolunu isə dövlət dəstəyi ilə açırıq. Türk dünyasının mühəndislik birikimini ortaq bir ekosistemdə birləşdirərək 'Tək millət, ortaq gələcək' izyonunu real layihələrlə inşa edirik.”
Zirvənin əsas məqamları:
• Strateji iştirak: Türkiyə, Azərbaycan və Orta Asiyadan yüksək səviyyəli bürokratiya və iş dünyası nümayəndələri.
• B2B mərkəzli: Əvvəlcədən təyin olunmuş görüşlər sistemi ilə doğru tədarükçü və tərəfdaş uyğunlaşdırılması.
• Mediada geniş işıqlandırılma: 40-dan çox media qurumunun izləməsi ilə 2 milyondan çox insana çatmaq hədəfi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.