AZ

“Qələbədən sonra dostlarım məni Sumqayıtda gözləyirdilər” Hikmət Ağayevin ə AÇIQLAMASI VİDEO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İstanbulda keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Şotokan karate üzrə dünya çempionatında Azərbaycan deflimpiyaçısı Hikmət Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Dünya çempionu İdman.Biz-ə qələbədən sonra necə qarşılandığını danışıb.

“Doğma Sumqayıtda məni dostlarım gözləyirdi və gözəl bir qarşılanma təşkil etmişdilər. Onlar İstanbuldakı qələbə qazandığım və Azərbaycan bayrağını yüksəltdiyim üçün səmimi şəkildə sevinirdilər. Valideynlərim qızıl medalımı görəndə böyük qürur hissi keçirdilər, çünki bu mənim ən böyük uğurumdur. Ailəm karateyə başladığım ilk gündən etibarən mənə dəstək olub. Bu nəticəyə görə məşqçilərimə də xüsusi təşəkkür edirəm”, - deyə Hikmət Ağayev bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr