AZ

Milli qələbə ilə başladı

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
futbolpress.az

1Mənbələr