AZ

"Kimsə necə “sui-qəsd” düşünə bilərdi?" - Hakim qalmaqalına reaksiya

Hazırda “Əl-Hilal”a rəhbərlik edən “İnter”in sabiq baş məşqçisi Simone İnzaqi A Seriyasındakı hakim qalmaqalına münasibət bildirib.

Daha əvvəl Milan prokurorlarının A Seriyasının hakimlər rəisi Canluka Rokkini idman saxtakarlığında və “İnter” üçün əlverişli referilər seçməkdə ittiham etdiyi bildirilib.

Rokki daha sonra iddialar fonunda müvəqqəti olaraq istefa verdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bunu söyləyib:

“Bu məni şoka saldı. “İnter” ötən mövsüm hakim səhvləri üzündən bir neçə xal itirdi. A Seriyası, superkubok…

Bu qarışıqlığa sürüklənməyimiz təəccüblüdür. Kimsə necə “sui-qəsd” düşünə bilərdi? Bu, bizim üçün dəhşətli bir mövsüm idi.

Hakimlərə həmişə böyük hörmətim olub və skudettonu ədalətli şəkildə qazanan “Napoli” haqqında danışmaq istəmirəm. Amma yenə də, hiss olunur ki, bizdən nəsə alınıb.

Heç kimi günahlandırmıram və onların xoş niyyətinə şübhə etmirəm. Deyək ki, bəxtimiz gətirmədi, günahkar olsaq belə, hər şey bizə qarşı idi.

Məyusluq hələ də davam edir. Skudettonun cəmi bir xalla itirilməsi inanılmaz dərəcədə ağrılıdır”.

Seçilən
41
sportinfo.az

1Mənbələr