AZ

Köçəryan Sarkisyana qarşı HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən siyasi iddialarla çıxış edib.

Musavat.com xəbər verir ki, Köçəryan Serj Sarkisyanla hakimiyyətin ötürülməsi ilə bağlı hər hansı razılaşmanın olmadığını iddia edib.

O bildirib ki, Rusiyada Vladimir Putin və Dmitri Medvedyev arasında tətbiq olunan modelə bənzər ssenari Ermənistanda baş verməyib.

Buna baxmayaraq, Köçəryan etiraf edib ki, belə mexanizmlər üçün imkanlar mövcud olub. O, eyni zamanda uzun müddət siyasətə qayıtmaq niyyətinin olmadığını desə də, son açıqlamaları bunun əksini göstərir.

Köçəryan 2018-ci ildən sonra ölkədə aparılan siyasəti tənqid etdiyini bildirərək, ildə bir-iki dəfə narazılığını ifadə etdiyini deyib. Bununla yanaşı, keçmiş hakimiyyətin ona qarşı “preventiv təbliğat” apardığını iddia edib.

O, 2018-ci il hadisələrinə də toxunaraq bildirib ki, hakimiyyəti itirən və ya onu Nikol Paşinyana verən qüvvələr bu prosesi ağır qəbul edir, məsuliyyəti başqalarının üzərinə atmağa çalışır.

Musavat.com

Seçilən
13
11
musavat.com

10Mənbələr