AZ

Çin ABŞ sanksiyalarının tanınmasını və icrasını qadağan etdi

BAKI, 2 may. TELEQRAF

Çinin Ticarət Nazirliyi ABŞ-nin İranla neft ticarətində ittiham olunan beş Çin neft-kimya şirkətinə qarşı tətbiq etdiyi sanksiyaların tanınmasını və icrasını qadağan edən qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.

“Çin hökuməti BMT mandatı və beynəlxalq hüquqi əsasları olmayan birtərəfli sanksiyalara qarşı çıxır. Bununla əlaqədar Ticarət Nazirliyi qeyd olunan beş Çin müəssisəsinə qarşı ABŞ-nin sanksiya tədbirlərinin tanınmaması, icra olunmaması və onlara riayət edilməməsini nəzərdə tutan qərar qəbul edib”, – deyə məlumatda qeyd olunub.

Nazirlik vurğulayıb ki, ABŞ tərəfinin addımları normal kommersiya fəaliyyətini əsassız şəkildə məhdudlaşdırır və beynəlxalq münasibətlərin əsas prinsiplərini pozur.

Qeyd edək ki, ABŞ Çin şirkətlərindən beşini İran nefti ilə əməliyyatlarda iştirak iddiası ilə sanksiya siyahısına daxil edib, onların aktivlərini dondurub və əməliyyatları qadağan edib.

Seçilən
53
teleqraf.com

1Mənbələr