AZ

"Beşiktaş" İtaliya millisinin üzvünü transfer etmək istəyir

"Bolonya"nın futbolçusu Rikkardo Orsolini karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" italiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Orsolinini yayda heyətinə qatmağa çalışacaq. "Qara qartallar" klubu ilə 1 illik müqaviləsi qalan 29 yaşlı oyunçunu uyğun məbləğə transfer edəcəyinə ümid edir.

Qeyd edək ki, Rikkardo Orsolini 2018-ci ilin yanvarından "Bolonya"da çıxış edir. İtaliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və I məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
25
2
sportal.az

4Mənbələr