AZ

“Qəbələ”li əməliyyat olundu 5 6 ay oynamayacaq

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Onun təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

“Qəbələ” Premyer Liqada 2023/2024 mövsümünü sonuncu sırada bitirib və elitanı tərk edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
futbolpress.az

1Mənbələr